Ukrayna əks-hücum üçün Şimali Atlantika Alyansı tərəfindən ona verilən silahların ən azı beşdə birini itirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” Ukrayna və Qərb ekspertlərinə istinadən yazıb.
“Kiyev əməliyyat üçün nəzərdə tutulmuş NATO texnikasının demək olar ki, beşdə birini itirib”, – deyə nəşr bildirib.
Rusiya KİV-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı iyunun 4-də birdən-birə üç istiqamətdə, Yujno-Donetsk, Artyomovsk və Zaporojye istiqamətində başlayıb. Burada NATO-nun xüsusi təlimindən keçmiş əsgərlər və Qərb texnikası, ilk növbədə Alman “Leopard” tankları iştirak edib.
Hərbi analitik Allan Orr bildirib ki, Qərb Ukrayna ordusunun imkanlarını, ehtiyaclarını və hazırlığını nəzərə almayıb. Keçmiş amerikalı diplomat Cey Trusdeyl isə qeyd edib ki, güclü aviasiya olmadan NATO hazırlığı və hərbi yardımın faydası yoxdur.
İqbal Rzayev,
KONKRET.az