Ukraynanın hüquq-mühafizə orqanları Moskva və Bütün Rusiyanın patriarxı Kirili axtarışa verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rus Pravoslav Kilsəsinin rəhbəri respublikanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.
Bildirilir ki, o, Ukraynaya gələrsə, nəzarətə götürüləcək.
Həmçinin Daxili İşlər Nazirliyinin saytında patriarx haqqında artıq həbs qətimkan tədbiri seçildiyi qeyd olunur.
Burhan,
KONKRET.az