Ukrayna rus oliqarxı axtarışa verdibackend

Ukrayna rus oliqarxı axtarışa verdi

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı oliqarx Mixail Fridmanı axtarışa verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Fridman ibtidai istintaq orqanlarından gizlənən şəxs kimi Ukraynada axtarışa verilib.

Rusiyalı oliqarx bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək  və ya dövlət hakimiyyətini ələ keçirmək, Ukrayna ərazisinin və ya dövlət sərhədinin hüdudlarını dəyişdirmək məqsədi ilə törədilmiş hərəkətləri maliyyələşdirmə işi üzrə şübhəli şəxs qismində axtarışa verilib. Bu maddə üzrə maksimum cəza əmlakı müsadirə olunmaqla 8 il həbsdir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*