Ukrayna Rusiya ilə mübadilə üçün format axtarır – Zelenski AÇIQLADIbackend

Ukrayna Rusiya ilə mübadilə üçün format axtarır - Zelenski AÇIQLADI

Ukrayna Rusiya Federasiyası ilə mümkün mübadilə üçün siyasi məhbusların və jurnalistlərin siyahılarını hazırlayır. Lakin prezident Zelenskinin qeyd etdiyi kimi, bu məsələyə xüsusi yanaşma tələb olunur. Çünki mülki şəxslər mübadilə edilə bilməz.

KONKRET.az xəbər verir ki, Zelenski bu barədə iyulun 24-də media nümayəndələri ilə söhbəti zamanı bildirib.

“Biz uzun müddətdir ki, bu məsələ üzərində işləyirik. Düşünürəm ki, bu, vacib aspektdir – söhbət mülki şəxslərdən: siyasi məhbuslardan və jurnalistlərdən gedir. Biz siyahılar üzərində işləməyə başlamışıq. Amma bildiyiniz kimi, mülki şəxslər dəyişdirilə bilməz – onlar sadəcə azad edilməlidir. Ona görə də indi bunun necə həyata keçiriləcəyi ilə bağlı format axtarırıq”, – prezident vurğulayıb.

Xatırladaq ki, son aylarda Ukrayna və Rusiya Federasiyası artıq üç raund danışıqlar aparıb. Növbəti görüş iyulun 23-də Türkiyədə keçirilib. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ukraynada mümkün atəşkəsin monitorinqinə qoşulmağa hazırdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*