Dekabrın 21-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın dörd bölgəsində hücumu dəf edib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS- məlumat verib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Belqorod vilayətində doqquz, Voronej vilayətində beş, Kursk vilayəti və Krasnodar vilayətində hər biri bir ədəd təyyarə tipli pilotsuz təyyarə vurulub. Qara dəniz üzərində daha üç PUA məhv edilib.
Vəli Həsənoğlu,
KONRET.az