Ukrayna hərbçiləri Belqorod vilayətini “RM-70 Vampire” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“14 raket növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – idarədən bildirilib.
Belqorodun atəşə tutulması nəticəsində azı iki nəfər həlak olub
Daha bir mərmi 42 saylı məktəbin stadionuna düşüb.
Zərbədən bir qədər əvvəl Belqorod qubernatoru Vyaçeslav Qladkov raket xəbərdarlığı siqnalı ilə bağlı xəbərdarlıq edib. O, sakinləri möhkəm divarlı otaqlara sığınmağa çağırıb.
***
Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumu nəticəsində ölənlərin sayı artıb.
KONKRET.az xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov hücumun qurbanlarının sayının 7-yə çatdığını açıqlayıb.
Natiq Səlim,
KONKRET.az