Ukrayna Rusiyaya qarşı “yeni əməliyyatlara” hazırlaşır – İLGİNC PLANbackend

Ukrayna Rusiyaya qarşı “yeni əməliyyatlara” hazırlaşır - İLGİNC PLAN

“The Washington Post” (WP) kəşfiyyat mənbələrinə istinadən yazır ki, Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi davam etdikcə Ukrayna ilə həmsərhəd ölkələr yeni “döyüş meydanlarına” çevrilə bilər.

KONKRET.az xəbər verir ki, nəşr Ukraynanın Dnestryanıda rus qoşunlarına hücum əməliyyatı keçirməyi düşündüyünü, lakin yeni cəbhə açmaqdan imtina etdiyini yazıb.

WP Moldova baş nazirinin Rusiyanın separatçı Moldova bölgəsinə 10 min hərbçi göndərməyi nəzərdən keçirdiyi barədə son bəyanatını xatırladıb.

“Təhlükə Ukrayna ilə həmsərhəd olan digər ölkələrə də təsir edir: Belarus, Polşa, Slovakiya, Macarıstan və Rumıniya, eləcə də Almaniya, Baltikyanı ölkələr, Norveç və Finlandiya. Bu ölkələrin əksəriyyəti Ukraynanı dəstəkləyir və Ukraynanın kəşfiyyat xidmətləri Şərqi Avropa paytaxtlarından öz əməliyyatları üçün mərkəz kimi istifadə edirlər”, – Washington Post yazır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*