Ukrayna saytı da erməni hərbçilərinin Azərbaycanın sərhəd ərazisini ələ keçirmək istəyindən yazdıbackend

Ukrayna saytı da erməni hərbçilərinin Azərbaycanın sərhəd ərazisini ələ keçirmək istəyindən yazdı

Ermənistan və Azərbaycan sərhədində silahlı qarşıdurma baş verib. Azərbaycan Ordusunun Ermənistanın istinad nöqtəsinə hücumu ilə bağlı video Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumat Ukrayna saytında yer alıb.

Mənbə daha sonra yazır ki, iyulun 13-də münaqişənin gərginləşməsi davam edib. Azərbaycan bölmələri Ermənistan ərazisindəki istinad nöqtəsini, artilleriya qurğularını və nəqliyyat vasitələrini məhv edib.

Erməni tərəfi itkiləri gizlədir.

Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı yaşayış məntəqələrini atəşə tutmadığını, ancaq Azərbaycan hərəkətlərinin təxribat xarakterli olduğu halda düşmənin hərəkətlərini zərərsizləşdirdiklərini bildirib.

Xatırladaq ki, 12 iyul bazar günü Azərbaycan-Ermənistan sərhədində döyüşlər başlayıb. Erməni hərbi birləşmələri Azərbaycanın sərhəd ərazisini ələ keçirmək üçün atəş açıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*