Ukrayna Silahlı Qüvvələri Rusiyanın Marinkanı ələ keçirməsini inkar etdibackend

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Marinkanı ələ keçirməsini təkzib etdi

“Ukrayna hərbçiləri Donetsk vilayətinin Marinka şəhəri uğrunda döyüşləri davam etdirir. Ruslar şəhəri ələ keçirməyiblər”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” qoşun qrupunun sözçüsü, polkovnik Aleksandr Ştupun məlumat verib:

“Marinka uğrunda döyüşlər davam edir, indi ordumuz Marinkanın inzibati sərhədləri daxilindədir, lakin şəhər tamamilə dağıdılıb. Marinkanın tam ələ keçirilməsindən danışmaq düzgün deyil”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu  Donetskin cənub-qərbindəki Marinka şəhərini tam ələ keçirdiklərini bəyan edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*