Ukrayna tərəfi təkzib etdi: “Baxmutda şiddətli döyüşlər gedir”backend

Ukrayna tərəfi təkzib etdi: "Baxmutda şiddətli döyüşlər gedir"

Baxmut şəhəri uğrunda davamlı döyüşlər davam edir, rus ordusu Baxmut istiqamətində hücumlarını davam etdirir.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

“Düşmən əsas səylərini Liman, Baxmut, Avdeyev və Maryinka istiqamətlərində cəmləşdirməkdə davam edir. Ümumilikdə, gün ərzində düşmən cəbhənin bu bölmələrinə 36 hücum edib, Baxmut və Maryinka döyüş əməliyyatlarının episentrində qalır”, – Baş Qərargah bildirib.

Qeyd edək ki, bu gün Rusiya MN bəzi bölmələrin Baxmutun şimalından geri çəkildiyi barədə məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*