Ukrayna üçün iki seçim: “Zelenski ya müharibəni davam etdirməli, ya da…”backend

Ukrayna üçün iki seçim: "Zelenski ya müharibəni davam etdirməli, ya da..."

ABŞ prezidenti Donald Trampın Volodimir Zelenskiyə “hücumu” Ukraynanı alternativsiz qoyur.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın “Bloomberg” agentliyi yazıb:

“Tramp Zelenskini “diktator” adlandırdığı zaman ümidlər sönmüş kimi görünür”.

Nəşr gələcək inkişafın iki variantını qeyd edir: “Ya Zelenski ABŞ-ın köməyi olmadan Rusiya ilə münaqişəni davam etdirir və yalnız Avropanın dəstəyinə ümid bəsləyir, ya da Rusiya və ABŞ-ın təklif etdiyi hər hansı razılaşmaya imza atır”.

Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında Zelenskini “seçkisiz diktator” adlandırıb . O, siyasətçini Ukraynada prezident seçkiləri keçirməyə çağırıb, həmçinin onu maliyyə mənfəəti üçün Rusiya ilə münaqişəni davam etdirmək istəməkdə günahlandırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*