Ukrayna üçün SON ŞANS: Bu gün Avropada mühüm qərar verilə bilərbackend

Ukrayna üçün SON ŞANS: Bu gün Avropada mühüm qərar verilə bilər

Son günlər dünya mediası ötən həftə Ağ Evdə ABŞ və Ukrayna prezidentlərinin görüşündən bəhs edir. Bu görüşün ardınca Londonda Avropa liderlərinin iştiralkı ilə qeyri-rəsmi sammit keçirilib. Britaniya paytaxtında nələr baş verib və Ukraynaya hansı dəstək ifadə olunub?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, görüşdə Kiyevə həmrəylik ifadə olunsa da, hələlik Ukraynaya yardımla bağlı konkret addımların atıldığını görmürük:

Oqtay Qasımov: “Levon Ter-Petrosyanın açıqlaması erməni siyasi düşüncəsinin  hansı yönə kökləndiyini ifadə edir” – Polisə.az

“Yalnız İngiltərənin Ukrayna ilə 3,6 milyard dollarlıq razılaşması və Kiyevə raketlərin göndərilməsi məsələsindən başqa hələlik hansısa bir addımı müşahidə etmədik. Amma Aİ Komissiyasının sədrinin bildirdiyinə görə onlar martın 4-də, yəni bu gün növbəti dəfə toplanacaqlar və burada Ukraynaya veriləcək dəstəklə bağlı konkret qərarlar qəbul olunmalıdır. Şübhəsiz ki, Avropanın Ukraynanı müdafiə etməsi müsbət hal olsa da, özləri də etiraf edirlər ki, ABŞ-ın iştirakı olmadan Kiyevə hərbi təhlükəsizlik təminatlarının verilməsi imkansızdır. Çünki Avropa 80 ildən bəri ABŞ-ın təhlükəsizliyi çətiri altında yaşamaqdadır. Donald Trampın hələ birinci hakimiyyəti dönəmində Aİ-dən tələbi o idi ki, onlar müdafiə xərclərini o zamankı xərclərlə ÜDM-in 2%-nə çatdırsınlar. Aİ dövlətləri o zaman Trampın bu tələblərini ciddi nəzərə almadılar. Və indi Tramp rəqəmləri bir qədər də qaldıraraq ÜDM-in 5%-ni tələb edir. Aİ artıq Amerikanın tələblərini yerinə yetirmək məcburiyyətində qalacaq. Amma bütün hallarda Avropa, hətta müdafiə xərclərini artırsa belə Ukraynanı tam mənada silah-sursatla təmin etmək iqtitarında deyil. ABŞ Ukraynaya dəstəyini kəsəcəksə və Aİ-yə həmin silahlar satılacaqsa, o zaman Ukraynaya hərbi cəhətdən dəstək vermək mümkün olar. Yox, əgər Tramp administrasiyası Ukraynaya bütün dəstəyin kəsilməsinə qərar verəcəksə bu, təbii ki, Kiyev üçün ciddi problemlər demək olacaq. Hər halda Trampla Zelenskinin görüşməsində yaşananlar hər iki tərəfin mənafelərinə uyğun deyil. Amma təbii ki, hal-hazırda ərziləri işğal altında olan Ukrayna üçün daha əlverişsiz şərtlər yaradır. Bundan sonrakı dönəmdə ABŞ və Ukrayna münasibətlərinin sürətlə bərpa olunacağını düşünmürəm. Xüsusilə də nəzərə alsaq ki, Tramp və onun komandasının siyasəti tamamən əvvəlki administrasiyadan fərqlənir və onlar daha çox Rusiyanı tərəf müqabili kimi görərək Kiyevin iştirakı olmadan Ukrayna məsələsini Rusiya ilə müzakirə eləməyi planlayırlar. Bu da Ukraynanın mənafeyinə uyğun deyil”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*