“Zelenskinin Ankara səfəri Rusiya ilə mümkün danışıqlarda və Ukraynanın gələcəyinin inşasında Türkiyəni yanlarında görmək və göstərmək məqsədi daşıyır”.
KONKRET.az xəbər verir ki, bu fikiri siyasi şərhçi Asif Nərimanlı səsləndirib.
O bildirib ki, məsələni bir neçə kontekstdə dəyərləndirmək olar:
“Birincisi, ABŞ-Rusiya danışıqlarına Türkiyə üzərindən alternativin yaradılmasıdır. ABŞ-ın müdaxiləsi fonunda bunun mümkünlüyü bir qədər çətin görünsə də, Ankaranın Moskva ilə münasibətləri və Ukrayna müharibəsində indiyə qədər yeganə uğurlu vasitəçi olması Kiyevin onsuz Moskva ilə danışan Vaşinqton qarşısında əlini gücləndirir. Eyni zamanda maraqlarının nəzərə alınmadığı masadan qaçmaq imkanlarını artırır. İkincisi, Ukrayna mümkün danışıqlar masasında mövqeləyini gücləndirmək üçün Türkiyəni iştirakçılardan biri kimi irəli sürə bilər. Üçüncüsü, Kiyev mümkün sülhdən sonra Ukraynanın təhlükəsiziyinin təminatında Türkiyənin də iştirakını istəyir. Ankaranın prosesə daxil olması Ukraynaya Qərb-NATO cəbhəsində dəstək perspektivlərini artıran amillərdəndir. Ukrayna Tramp-Putin danışıqlarına təslim olmaq niyyətində deyil və masada daha güclü əyləşmək üçün bütün mümkün variantlardan yararlanmağa çalışır”.
Müşviq Tofiqoğlu
KONKRET.az