Ukrayna üçün yeni hərbi YARDIMbackend

Ukrayna üçün yeni hərbi YARDIM

ABŞ Ukraynaya 250 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Yardım paketinə RIM-7 raket kompleksləri, HIMARS reaktiv yaylım atəşi sistemləri üçün sursat, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, həmçinin AT-4, TOW və Javelin tank raket sistemləri üçün sursatlar daxildir.

Paketə, həmçinin “Stinger” portativ hava hücumundan müdafiə sistemləri, “Bradley” piyada döyüş maşınları,M113 zirehli personal daşıyıcıları, patrul qayıqları, atıcı silahların sursatları və qumbaraatanları əlavə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*