Ukrayna və Rusiya enerji infrastrukturuna qarşılıqlı hücumlara son qoymaq üçün ilkin danışıqlara başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, avqustda Ukraynanın Kursk şəhərini işğal etməsi səbəbindən əvvəllər əldə olunmuş razılığın pozulmasından sonra danışıqlar Qətərin vasitəçiliyi ilə bərpa edilib.
Bildirilib ki, bu razılaşma davam edən hərbi münaqişənin deskalasiyası istiqamətində mühüm addım ola bilər.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Vlodimir Zelenski belə bir razılaşma Rusiyanın daha geniş sülh danışıqlarına hazır olduğuna işarə ola biləcəyini vurğulamışdı.
İddia olunur ki, artıq hər iki tərəfdən enerji infrastrukturlarına hücumların tezliyində azalma müşahidə olunur ki, bu da ölkələrin kəşfiyyat xidmətlərinin ilkin razılaşmasının nəticəsidir.
Gözlənilir ki, danışıqlar prosesinin gələcək inkişafı hazırkı hərbi münaqişənin həlli imkanlarından və hər iki tərəfin qarşılıqlı şərtlərindən asılı olacaq.
Tərəflər iki ay ərzində enerji obyektlərinə qarşılıqlı hücum etməmək barədə sazişin bağlanması imkanlarını müzakirə ediblər.