Ukrayna XİN: Qara dəniz və Baltik regionlarının təhlükəsizliyi ayrılmazdırbackend

Ukrayna XİN: Qara dəniz və Baltik regionlarının təhlükəsizliyi ayrılmazdır

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallasla telefon danışığı zamanı Mərkəzi və Şərqi Avropada mehriban qonşuluq münasibətlərinin inkişafı üçün növbəti addımları müzakirə edib.

KONKRET.az report-a istinadən xəbər verir ki, o, bu barədə “X” səhifəsində yazıb.

XİN başçısı K.Kallası bu gün “Ukrayna – Moldova – Rumıniya” və “Ukrayna-Polşa-Litva” formatları çərçivəsində görüşün keçiriləcəyi barədə məlumatlandırıb.

“Biz bu iki uğurlu diplomatik format çərçivəsində birgə iclas keçirmək təşəbbüsü ilə çıxış etmək qərarına gəldik ki, qarşılıqlı əlaqələrimizi gücləndirək və Qara dəniz və Baltik regionlarının təhlükəsizliyinin bölünməz olduğunu vurğulayaq. Bu, Şərqi Avropanın üzləşdiyi müasir geosiyasi çağırışlar kontekstində xüsusilə aktualdır”, – Ukraynanın xarici işlər naziri qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqının ali nümayəndəsi ilə söhbətində Ukraynanın regional formatların inkişaf etdirilməsi vasitəsilə Mərkəzi və Şərqi Avropada mehriban qonşuluq münasibətlərinin qurulması üçün fəal səylər göstərdiyini bildirib. “Bu, Rusiyanın təcavüzünün davam etməsi fonunda bütün Avropanın birliyi üçün böyük əhəmiyyət kəsb edir”, – A.Sibiqa bəyan edib.

O, K.Kallası son hadisələr və ölkəsinin sülhə nail olmaq yolunda göstərdiyi səylər, xüsusilə ABŞ və Avropadakı müttəfiqləri ilə danışıqlar barədə məlumatlandırıb.

“Biz razılaşdıq ki, əsl sülh güc vasitəsilə əldə edilə bilər və edilməlidir. Söhbətin sonunda növbəti diplomatik addımlarımızı əlaqələndirdik”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*