Ukrayna xüsusi xidmət orqanları yeni əməliyyatlara hazırlaşır – “TOR”dan daha DƏHŞƏTLİ OLACAQbackend

Ukrayna xüsusi xidmət orqanları yeni əməliyyatlara hazırlaşır – "TOR"dan daha DƏHŞƏTLİ OLACAQ

Ukraynanın xüsusi xidmət orqanları “Tor” (Pautina) adlı son uğurlu əməliyyatdan sonra oxşar mürəkkəb hücumlara hazırlaşır. 

KONKRET.az xəbər verir ki, Trampın sülh vasitəçiliyindən geri çəkilməsi fonunda Ukrayna indi kəşfiyyat və xüsusi xidmət orqanlarından daha çox asılı vəziyyətə düşüb. Nəşr qeyd edir ki, Kiyev Rusiyanın dərinliklərinə ciddi zərbələr endirmək qabiliyyətini nümayiş etdirib.

“Tor” əməliyyatı ağır müharibə durğunluğunu sındırmaq və danışıqlar masasında “yeni səhifə açmaq” üçün cəsarətli bir cəhd kimi qiymətləndirilir.

Eyni zamanda, The Atlantic yazır ki, Ukraynanın Rusiya strateji bombardmançılarına zərbəsi ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb olub. Trampın fikrincə, bu hücum müharibəni uzada bilər və o, Ukraynaya dəstəyi dayandırmağa qərar verə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*