Çonqar (Krım və Xerson vilayətinin inzibati sərhədi) və Xerson vilayətinin Geniçensk bölgəsində güclü partlayışlar baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, partlayışlardan biri Çonqar körpüsündə eşidilib. Melitopol meri İvan Fedorovun sözlərinə görə, ruslar əraziyə bir neçə dəfə zərbə endiriblər.
Burhan,
KONKRET.az