İyunun 6-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın kütləvi zərbələrə başlamasından əvvəl Rusiya aviasiyasının yerləşdiyi aerodromlara qabaqlayıcı zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində strateji bombardmançıların yerləşdiyi Saratov vilayətindəki “Engels” aerodromuna, eləcə də aviatankerlərin və müşayiət edən qırıcıların havaya qalxdığı Ryazan vilayətindəki “Dyaqilevo” aerodromuna zərbələr endirilib.
Bundan başqa, Saratov vilayətində yanacaq-sürtkü yağları olan ən azı üç çən vurulub, zərbələrdən sonra obyektdə genişmiqyaslı yanğın baş verib:
“Hədəflərin olduğu ərazidə onlarla partlayış qeydə alınıb”.