Ukraynada atəşkəs bu zaman OLA BİLƏR – Müharibənin seyri dəyişir backend

Ukraynada atəşkəs bu zaman OLA BİLƏR – Müharibənin seyri dəyişir 

Dünyanın nüfuzlu maliyyə qurumlarından biri olan JPMorgan investisiya bankının analitikləri Ukraynada davam edən müharibə ilə bağlı mühüm proqnoz açıqlayıblar. Bank mütəxəssislərinin fikrincə, Rusiya-Ukrayna müharibəsi “endşpil” – yəni son mərhələyə daxil olub və qarşıdakı həftələrdə döyüşlərin dayanması ehtimalı yüksəkdir.

KONKRET.az xəbər verir ki, Proqnoza əsasən, 2024-cü ilin iyul ayına qədər tərəflər arasında atəşkəs razılaşmasının əldə olunması mümkündür. Analitiklər vurğulayırlar ki, Ukrayna hazırkı hərbi və siyasi şərait fonunda Rusiya ilə danışıqlara getmək və münaqişəni dondurmaq məcburiyyətində qala bilər.

JPMorgan bu qərarın iqtisadi təsirlərinə də toxunub. Qeyd olunur ki, atəşkəs qərarı regional və qlobal bazarlarda müəyyən sabitləşməyə səbəb ola bilər. Xüsusilə enerji qiymətlərində və ərzaq tədarükü sahəsində müsbət dinamika gözlənilir.

Lakin analitiklər xəbərdarlıq edirlər ki, bu atəşkəs uzunmüddətli sülh demək deyil. Tərəflər arasında əsas ziddiyyətlər hələ də qalır və münaqişənin tam nizamlanması üçün ciddi diplomatik addımlar və beynəlxalq zəmanətlər tələb olunur.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralında başlayıb və bu günə qədər minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı isə məcburi köçkün vəziyyətinə salıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*