Ukraynada atışma: daha 10 iştirakçı tutuldu – FOTOLARbackend

Ukraynada atışma: daha 10 iştirakçı tutuldu - FOTOLAR

Polis əməkdaşları Kiyev yaxınlığındakı Brovarı şəhərində münaqişə iştirakçılarının daha 10 nəfərini saxlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə mayın 29-da Ukrayna daxili işlər nazirinin müavini Anton Qeraşenkoya istinadən məlumat verilib.

“Jitomir və Vinnitsa bölgələrindəki patrul əməkdaşları Brovarıda kriminal qarşıdurmanın daha 10 üzvünü saxlayıblar. Həbs edilənlərin ümumi sayı 21-ə çatıb” deyib Qeraşenko.

O, həmçinin əlavə edib ki, polis Kiyev bölgəsindəki nəqliyyat bazarının “bölüşdürülməsində” iştirak edən bütün şəxsləri müəyyənləşdirməyə davam edir.

Milli Polisin saytında göstərilir ki, Vinnitsa istiqamətindəki avtomobillərdən biri KORD xüsusi təyinatlılarının döyüşçüləri tərəfindən tutulub.

Sürücü və dörd sərnişin istintaq hərəkətləri üçün Kiyev vilayətinin polisinə aparılır.

Həmçinin, Jitomir bölgəsində 5 nəfər saxlanılıb. Onlar da həmçinin Kiyev vilayətinə göndəriliblər.

Öz növbəsində, Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk atışmada qurbanlardan birinin fotosunu yayımlayıb.

Xatırladaq ki, 29 may səhər tezdən Brovarıda 100 nəfərin iştirakı ilə atışma olub. Əvvəlcə polis 10 nəfərin tutulduğunu bildirib.

Daxili işlər naziri Arsen Avakov Brovarıdakı atışmanın Kiyev bölgəsindəki daşıyıcılar arasında şəhərətrafı marşrutların paylanmasında korrupsiya sxemləri ilə əlaqədar olduğunu söyləyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*