Ukraynada axtarışda olan terrorçu məhv edildi – Daxili İşlər Nazirliyibackend

Ukraynada axtarışda olan terrorçu məhv edildi - Daxili İşlər Nazirliyi

Poltava terrorçusu 1 avqust şənbə günü, gecə saat 2 radələrində KORD xüsusi təyinatlıları tərəfindən tapılaraq məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Anton Qeraşenko “Facebook” səhifəsində məlumat verib.

Rəsminin sözlərinə görə, Roman Skrıpnik Qadyaçisk polis idarəsinin Zenkovsk şöbəsinin rəisi, polis kapitanı Quma tərəfindən Opoşnya kəndinin kənarındakı qeyri-yaşayış binalarından birində aşkar edilib.

Təcavüzkar polisi qumbara ilə hədələyərək girov götürməyi bacarıb. Skrıpnik dəqiq bir atəşlə KORD xüsusi təyinatlısı tərəfindən aradan qaldırılıb.

Qeyd olunur ki, girov son saniyələrdə partlayış yerindən xəsarət almadan çıxa bilib.

Xatırladaq ki, iyulun 23-də Poltavada qanunsuz olaraq bir nəqliyyat vasitəsini ələ keçirməkdə şübhəli bilinən Skrıpnik qumbaraatanla hədələyərək cinayət işi üzrə axtarış işçisini girov götürüb və sonra onu Poltava bölgəsində polkovnik Vitali Şiyanla mübadilə edib. Onunla birlikdə tələblərinə uyğun bir avtomobildə gəzib. Daha sonra girovu azad edib və tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları tərk edilmiş avtomobili tapıblar.

O vaxtdan bəri 500-ə yaxın asayiş keşikçisi qaçqını axtarıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*