Ukraynada daha 432 nəfərdə COVID-19 aşkar edildi – 17 nəfər öldübackend

Ukraynada daha 432 nəfərdə COVID-19 aşkar edildi – 17 nəfər öldü

Ukraynada ümumilikdə 20,580  koronavirus xəstəliyi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı 23 may şənbə günü Səhiyyə Nazirliyinin mətbuat mərkəzi yayıb.

Mənbə bildirir ki, son bir gündə 432 yeni hadisə aşkar edilib. Bu, 442 yoluxmuş şəxs haqda xəbər verildiyi cümə günündən bir qədər azdır.

Həmçinin, bir gündə 344 xəstə sağalıb və 17 nəfər ölüb.

Krım Muxtar Respublikasının, Donetsk, Luqansk bölgələrinin və Sevastopol şəhərinin müvəqqəti işğal edilmiş ərazilərindən məlumatlar mövcud deyil.

Tədqiqatlar Ukrayna İctimai Sağlamlığı Mərkəzinin virusologiya laboratoriyası, eləcə də regional laboratoriyalar tərəfindən aparılıb.

23 may 2020-ci il tarixində Mərkəzə COVID-19-a şübhəli bilinən 1050 nəfər haqda xəbər daxil olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*