Ukraynada daha bir rus general ÖLDÜRÜLDÜbackend

Ukraynada daha bir rus general ÖLDÜRÜLDÜ

Ukraynada daha bir rus general öldürülüb.

KONKRET.az xəbər verir ki, məlumatı InformNapalm layihəsi təsdiqləyib. Məlumatda bildirilir ki, bu gün Artemovsk-Lısiçansk şosesi yaxınlığında gedən döyüşlər zamanı rusiyalı general-mayor Roman Kutuzov həlak olub.

Bu barədə ruslar matəm postları paylaşıb və Ukraynaya qarşı müharibədə daha bir rus generalının həlak olması barədə məlumat yayıblar.

Söhbət Artemovsk-Lısiçansk magistral yolu istiqamətində həlak olan general-mayor Roman Kutuzovdan gedir.

Generalın Rusiya Federasiyasında ölüm şəraiti açıqlanmır, lakin onun “əsgər kimi, döyüşçü kimi getdiyini” qeyd edirlər.

Xatırladaq ki, mayın əvvəlində ABŞ kəşfiyyatı Ukraynada 8-10 rus generalının öldüyü barədə məlumat verib. Bu təxmindir və o vaxtdan bu rəqəm artıb. .

Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak qeyd edib ki, onun fikrincə, Ukraynada 80 minə yaxın həlak olmuş və yaralanmış rus əsgəri var.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*