Ukraynada fəaliyyəti qadağan olunmuş “Həyat Üçün – Müxalifət Platforması” partiyasından olan deputat həbs edilib.
KONKRET.az xəbər verir ki,bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib. Məlumata görə, partiyadan olan deputat Fydor Xristenko vətənə xəyanətdə şübhəli bilinərək axtarışa verilib. O, bu gün Ukrayna ərazisində saxlanılıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən tammiqyaslı işğal başlamazdan xeyli əvvəl əməkdaşlığa cəlb olunub və xüsusi xidmət orqanlarının tapşırıqlarını fəal şəkildə yerinə yetirib.
Qeyd edək ki, “Həyat Üçün – Müxalifət Platforması” partiyasının fəaliyyəti bir neə il əvvəl qadağan edilib.