Rusiyanın Xakasiya bölgəsindəki Ali Sovetinin Kommunist Partiyasından olan deputatı Dmitri İvanov Ukraynada döyüş bölgəsində öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə Xakasiya qubernatoru Valentin Konovalov məlumat verib.
O, “Vaqner” muzdlularının tərkibində döyüşlərdə iştirak edirdi.
Dmitri İvanov 1976-cı ildə anadan olub. 2018-ci ildə Kommunist Partiyasından Xakasiya Ali Sovetinə deputat seçilib.