Ukraynada Ermənistanla parlamentlərarası əlaqələr üzrə qrup yaradıldıbackend

Ukraynada Ermənistanla parlamentlərarası əlaqələr üzrə qrup yaradıldı

KONKRET.az xəbər verir ki, Ukrayna Radasında Ermənistanla parlamentlərarası əlaqələr üzrə parlament qrupu yaradılıb. Ona deputat Artyom Dmitruk rəhbərlik edəcək. Məlumatda o da bildirilir ki, qrupa 12 deputat daxildir.

Ukrayna Erməniləri Birliyinin sədri Vilen Şatvoryan qrupun yaradılmasını alqışlayıb. O, Ermənistan və Ukrayna arasındakı səmərəli və dinamik münasibətlərin hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.

AnalitikaUA.net-ə verdiyi müsahibədə Şatvoryan Kiyev və İrəvan arasında siyasi əlaqələrin möhkəmləndirilməsi üçün böyük perspektivlərin olduğunu söyləyib: “Parlament diplomatiyası xarici siyasət işində vacib bir mənbədir. Əminəm ki, parlament qrupları arasında əməkdaşlığın intensivləşməsi iki ölkə arasında əməkdaşlığın inkişafı üçün mühüm stimul ola bilər”.

O əlavə edib ki, Ukrayna Erməniləri Birliyi Ukrayna ilə Ermənistan arasındakı münasibətlərin inkişafını maksimum dərəcədə artırmağa davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*