2024-cü ilin sonuna olan məlumata görə, Ukraynada 60 min insan itkin düşmüş hesab olunur.
KONKRET.az xəbər verir ki, bunu “Ukrainform” Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Vəziyyətlər üzrə İtkin Şəxslər İdarəsinin rəisi Dmitri Boqatyuka istinadən məlumat yayıb. Onun sözlərinə görə, itkin düşmüş şəxslərin vahid reyestrinin tətbiqi başlanandan indiyədək orada itkin düşmüş hesab edilən 70 mindən çox şəxs haqqında məlumat qeydə alınıb: “Dekabrın 26-na olan məlumata görə, 60 minə yaxın şəxs hələ də aktiv axtarışdadır. Daha 10 min vətəndaş ya artıq şəxsiyyəti müəyyən edilərək sağ-salamat evlərinə qayıdanlardır. Bəzi şəxsiyyəti müəyyən edilən insanlar ölüb”.
Vəli Həsənoğlu,
KONKRET.az