Ukraynada koronavirusa yoluxanların sayı 113-ə çatdıbackend

Ukraynada koronavirusa yoluxanların sayı 113-ə çatdı

Martın 25-nə olan məlumata görə, Ukraynada koronavirus virusuna yoluxan 113 nəfər müəyyənləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Onlardan 38 nəfər Çernovçı bölgəsində (1 nəfər ölüb), 31 – Kiyevdə, 22 – Kiyev bölgəsində, 5 – İvano-Frankovskdə (1 nəfər ölüb), 4 – Ternopolda, 2 – Dnepropetrovskda, 2 – Jitomirdə (1 nəfər ölüb), 2 – Zaporojyedə, 2 – Lvovdə, 1 – Volınskayada, 1 – Donetskdə, 1 – Luqanskda, 1 – Odessada və 1 nəfər Çerkassıda qeydə alınıb.

“Bir nəfər müalicədən sonra (Çernovçı) xəstəxanadan buraxıldı” deyə Fövqəladə Hallar Xidmətindən bildirilib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib. Xəstəliyin törədicisi, rəsmi adı COVID-19 olan koronavirusun yeni bir növüdür.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*