Ukraynada ölən mülki əhali ilə bağlı statistik məlumatlar açıqlanıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.
İyunun 18-nə olan məlumata görə, 2022-ci il fevralın 24-dən bəri Ukraynada 9083 mülki şəxs ölüb.
Həmçinin, daha 15790 nəfər yaralanıb.
BMT vurğulayır ki, real rəqəmlər daha çox ola bilər, çünki şiddətli döyüşlərin getdiyi bir neçə bölgədən ölü və yaralılar barədə məlumat gecikməkdədir.