Ukraynada Puşkinin abidələri sökülür – VİDEObackend

Ukraynada Puşkinin abidələri sökülür – VİDEO

Anti-Rusiya isterikasında Ukrayna şəhərlərinin rəhbərliyi dahi rus şairi Aleksandr Puşkinin abidələrini sökmək qərarına gəlib.

KONKRET.az Ukraynaya məxsus Telegram kanallarına istinadən xəbər verir ki, bu gün Dnepropetrovsk şəhərinin mərkəzindəki Puşkin prospektində abidəyə Z hərfi çəkən fəallar saxlanılsa da, dərhal sərbəst buraxılıblar.

Mənbə dünən Ternopolda dahi şairin abidəsinin söküldüyünü qeyd edib. Şəhər meri “Ruslara məxsus hər şey sökülməlidir” sözlərini deyib.

Bu həftə Ukraynanın Zakarpatye vilayətinin Mukaçevo şəhərində də Puşkinin büstü götürülüb. Yerli administrasiya sakinlərə bunu “de-rusiyalaşdırma tədbirləri” kimi izah edib.

 

Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*