“Rusiyanın Ukraynaya raket hücumlarının səkkiz dalğasından sonra bütün istilik və su elektrik stansiyaları zədələnib, həmçinin yüksək gərginlikli şəbəkə obyektlərinin 40 %-nə ziyan dəyib”.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal feysbukda yazıb.
Hökumət başçısı bildirib ki, Ukraynanın enerji sistemində güc çatışmazlığı qalmaqdadır:
“Hər birimiz dərk etməliyik ki, bu qışı elektrik enerjisi istehlakında ciddi məhdudiyyətlərlə keçirəcəyik”.
O qeyd edib ki, Nazirlər Kabineti Energetika Nazirliyinə elektrik enerjisinin verilməsinə dair aydın prioritetləri müəyyən edib baxılması üçün təqdim etməyi tapşırıb.
Baş nazir ölkə regionlarına dəstəkdən də danışıb və qeyd edib ki, ümumilikdə onların bərpası üçün hökumət artıq 5 milyard qrivnadan çox vəsait ayırıb.