Ukraynada sülh yalnız bu şərtlə olacaq – Lavrov elə tələb irəli sürdü ki…backend

Ukraynada sülh yalnız bu şərtlə olacaq - Lavrov elə tələb irəli sürdü ki...

Rusiya xarici işlər naziri Sergey Lavrov İndoneziyanın “Kompas” qəzetinə müsahibəsində bildirib ki, Rusiya ilə Ukrayna arasında davamlı sülhün başlanmasının əsas şərti Rusiyanın ilhaq etdiyi ərazilərin beynəlxalq səviyyədə tanınmasıdır.

KONKRET.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Avrasiyada bərabər və bölünməz təhlükəsizlik sisteminin qurulması üçün Rusiya və Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri formalaşdırılmalıdır. Nazir həmçinin iddia edib ki, Ukraynanın nəzarətində olan ərazilərdə “insan hüquqlarının bərpası və təmin olunması” vacibdir.

Diplomat sülhün davamlı olması üçün Krım, Sevastopol, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsindən sonra yaranmış “yeni ərazi reallıqlarının” beynəlxalq hüquqi müstəvidə tanınmalı olduğunu vurğulayıb.

Ukrayna isə, demək olar ki, bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar kimi, bu ərazilərin ilhaqını qəti şəkildə rədd edir və bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan edir. Lavrov əlavə edib ki, sülhün şərtlərindən biri də Ukraynanın neytral, bloklara qoşulmayan və qeyri-nüvə statusunu təmin etməsidir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*