Ukraynada təyyarə qəzası: 22 nəfərin cəsədi tapıldı, üç nəfər axtarılırbackend

Ukraynada təyyarə qəzası: 22 nəfərin cəsədi tapıldı, üç nəfər axtarılır

Ukraynanın Xarkov vilayətində, Çuquyev yaxınlığında qəzaya uğrayan An-26 hərbi təyyarəsindəki üç nəfərin axtarışı davam edir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti yayıb.

“Hava limanı dispetçerinin verdiyi məlumata görə, göyərtədə 27 nəfər olub (bir kursantın uçmasına icazə verilməyib). 22 nəfərin cəsədi tapılıb, 2 nəfər yaralanıb, üç nəfərin axtarışı davam edir” deyilib.

Xatırladaq ki, göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin Xarkov Universitetinin 21 kursantı və yeddi zabiti olduğu AN-26 hərbi təyyarəsi Xarkov bölgəsində qəzaya uğrayıb.

Xəbər verildiyi kimi, Xarkov vilayətində hərbi təyyarənin qəzaya düşməsi nəticəsində şəhid olanlar üçün matəm günü elan edilib.

Regional səlahiyyətlilər, təşkilatların istirahət və idman tədbirlərini ləğv etmələrini tövsiyə edib.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*