Ukraynada yaşayan Azərbaycan vətəndaşları Kiyevdə səs verəcəklərbackend

Ukraynada yaşayan Azərbaycan vətəndaşları Kiyevdə səs verəcəklər

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Ukraynadakı səfirliyində seçki məntəqəsi yaradılıb.

Səfirlikdən KONKRET.az-a bildiriblər ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçici siyahıları tutulub və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Həmçinin səsvermə zamanı istifadə olunacaq müvafiq ləvazimatlar alınıb. Ukrayna müharibə şəraitində olduğu üçün səsvermə günü təhlükəsizlik tədbirləri də nəzərdə tutulub.

Bu dəfə səs verənlər arasında seçkilərdə ilk dəfə iştirak edəcək Azərbaycan gəncləri də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*