Ukraynada Yusif Vəzir Çəmənzəminlinin adı əbədiləşdirildibackend

Ukraynada Yusif Vəzir Çəmənzəminlinin adı əbədiləşdirildi

Azərbaycanın Ukraynadakı ilk səfəri, görkəmli dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsi Ukraynada əbədiləşdirilib.

KONKRET.az xəbər verir ki, Ukraynanın ən nüfuzlu təhsil ocağı olan Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə 1918-ci ildə bu ölkədə ilk səfirimiz olmuş Y.V.Çəmənzəminlinin adına böyük auditoriyanın və barelyefinin açılışı olub.

Kiyev Milli Universitetində Çəmənzəminli adına auditoriya və barelyefin açılışı onun vaxtilə burada ali təhsil alması ilə əlaqədardır.

Azərbaycanın Ukraynadakı səfirliyi və universitet rəhbərliyinin birgə təşkilatçılığı ilə baş tutan açılışda fövqəladə və səlahiyyətli səfir Elmira Axundova, universitetin rektoru Volodimir Buqrov başda olmaqla bu ali təhsil ocağının kollektivi, Azərbaycanın sabiq xarici işlər naziri, fövqəladə səfir, Azərbaycanın Cümhuriyyət dövrünün araşdırmaçısı Vilayət Quliyev, Çəmənzəminlinin nəvəsi, Azərbaycan XİN-in şöbə rəisi Yusif Vəzirov, Ukrayna xarici işlər və mədəniyyət nazirlərinin müavinləri Mikola Toçitskiy və Rostislav Karandeev, Ali Radanın deputatları, səfirliyin əməkdaşları, Azərbaycan diasporunun və yerli elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*