Bu dəfə ədəbi sahədə. Belə ki, Ukrayna Milli Yazıçılar Birliyi Ermənistandan olan müəllifləri dərc etməyəcək. Söhbət əsasən BMT-də səsvermə zamanı Kiyevin Krım məsələsindəki mövqeyini dəstəkləməyən ölkələrdən gedir. Milli Yazıçılar Birliyi bəzi ölkələrin yazıçılarının beynəlxalq səviyyədə bu ölkənin “ərazi bütövlüyünü” tanımadıqlarına görə onların əsərlərini Ukraynada nəşrlərini dərc etməməyə qərar verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın populyar “Ədəbiyyat” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, ədəbi mühiti baykot edilən ölkələr arasında Rusiya, Ermənistan, Belarus və Qırğızıstan var.
Söhbət əsasən BMT-dəki səsvermə zamanı Kiyevin Krım məsələsindəki mövqeyini dəstəkləməyən ölkələrdən gedir. Venesuela, İran, Zimbabve, Kamboca, Çin, Şimali Koreya, Kuba, Laos, Myanmar, Nikaraqua, Serbiya, Suriya, Sudan da Ukrayna Yazıçılar Birliyinin “qara siyahı”sına düşüb.
Eyni zamanda bu ölkələrin diplomatik nümayəndəlikləri ilə birgə aksiyaların (yaradıcılıq axşamları, dəyirmi masalar, konfranslar və s.) keçirilməsinin dayandırılmasına da qərar verilib. UMYB üzvü olan ukraynalı müəlliflərin bu dövlətlərin başlatdığı hər hansı bir tədbirə qatılması qadağandır.
KONKRET.az