Ukraynadan İNAMLI AÇIQLAMA: Bu il münaqişəyə son qoyacağıqbackend

Ukraynadan İNAMLI AÇIQLAMA: Bu il münaqişəyə son qoyacağıq

Kiyev bu il münaqişəyə son qoymaqda qərarlıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin müavini Andriy Sibiha Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə bildirib.

Sibiha qeyd edib ki, Ukrayna danışıqların İstanbulda davam etdirilməsində maraqlıdır.

“Biz Rusiya nümayəndə heyəti ilə İstanbulda keçirilən görüşlərin davam etdirilməsində maraqlıyıq. Müharibəni bu il başa çatdırmaq istəyirik. Həmçinin 30, 50 və ya 100 gün müddətinə atəşkəs əldə olunması istiqamətində addımlar atmağa hazırıq. Ukrayna bu məsələləri birbaşa Rusiya ilə müzakirə etməyə hazırdır. Nümayəndə heyətimizin Rusiya tərəfi ilə sonuncu görüşündə də bu mövqe bir daha təsdiqlənib”, – deyə o vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*