Ukrayna və Rusiya liderlərinin Moskvada görüşü ilə bağlı Kremlin bugünkü təklifi real deyil və əslində müharibəni uzatmağa yönəlib.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin deyib.
“Tipik Putin hiyləsi – ondan asılı olan real bir şeyi etməmək, ondan asılı olan məsələ qətlləri dayandırmaqdır. O, qeyri-real nə isə təklif edir, məsələn, Moskvaya gəlmək”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskiyə Moskvada görüşməyi təklif edib.