Ukraynalı ədliyyə naziri Rusiya ilə danışıqların daha bir sirrini açıbbackend

Ukraynalı ədliyyə naziri Rusiya ilə danışıqların daha bir sirrini açıb

“2022-ci ilin yazında aparılan danışıqlar zamanı Rusiya nümayəndə heyəti Kiyevdən təzminat tələbindən imtina etməsini istəyib”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Deniz Malyuska danışıb.

Həmin danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibində təmsil olunan nazir bunları deyib:

“Rusiya nümayəndə heyətinin bizdən əsas istəyi təzminat tələbindən imtinaya imza atmağımız və beynəılxalq qurumlar qarşısında Rusiya əleyhinə qaldırdığımız iddialardan geri çəkilməyimiz idi”.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Ukrayna ədliyyə nazirinin müavini İrina Mudra demişdi ki, təzminat ödənilmədən Kiyev Moskva ilə sülh sazişi imzalamayacaq.

Bu arada ədliyyə naziri Denis Malyuska və onun müavini İrina Mudra Vaşinqtona səfərləri çərçivəsində amerikalı konqresmenləri Rusiyanın ABŞ-də yerləşən dövlət aktivlərini müsadirə etməyə və onlardan Ukraynanın maraqları üçün istifadə etməyə imkan verən qanun layihəsini təbliğ etməyə çağırıblar. “Biz həqiqətən ümid edirik ki, Birləşmiş Ştatlar Rusiyanın suveren aktivlərinin müsadirə edilməsində lider olacaq və digər ölkələrə rəhbərlik edəcək”, – Malyuska bildirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*