Ukraynalı erməni tarixçi: “Bizim qədim xəritələrimiz yoxdur, çünki olmayıb” – VİDEObackend

Ukraynalı erməni tarixçi: “Bizim qədim xəritələrimiz yoxdur, çünki olmayıb” - VİDEO

Uzun fasilədən sonra erməni əsilli, ukraynalı tarixçi-tədqiqatçı Filip Ekozyants Youtube kanalında daha bir video yayımlayıb. Burada ermənilərin guya qədim tarixi ilə bağlı həqiqətləri çatdırmağa çalışıb.

KONKRET.az xəbər verir ki, tədqiqatçı ermənilərə üz tutaraq ona qədim Ermənistanı göstərən xəritələrin göndərilməsini xahiş edib.

“Ermənilər, hələ də başa düşmürsünüz ki, məktəbdə, institutlarda eşitdikləri tarixi, Osmanlı imperiyasından əvvəlki Ermənistanın tarixini xatırladaraq gətirdiyiniz arqumentlərə heç bir dəlil tapılmayıb? Belə dəlil yoxdur. Müasir lüğətlərdə, ensiklopediyalarda yazılanlar arqument hesab edilmir, çünki sənədlərlə əlaqəsi olmalıdır” deyə tarixçi qeyd edib.

Ekozyantsın sözlərinə görə, bəzi ermənilər ondan soruşurlar: niyə o yalnız 17-ci əsr Ermənistanının xəritələrini öyrənir, axı Ermənistan bundan əvvəl də mövcud idi?

“Mənə 17-ci əsrdən əvvəlki xəritələri göndərin. Bu xəritələrinizi gecə-gündüz öyrənəcəyəm. Beləsi yoxdur, başa düşürsünüz? Yoxdur. Bu arqumentlər mövcud olsaydı, illər keçdikcə heç olmasa kimsə onları mənə sübut kimi göndərərdi. Mənə isə Vikipediyadan bağlantılar (ssılka) göndərirlər” deyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*