Ukraynalı general: “Surovikin Rusiyanın taktikasını dəyişdi”backend

Ukraynalı general: "Surovikin Rusiyanın taktikasını dəyişdi"

Sergey Surovikinin Ukraynadakı müharibədə Rusiyanın Birləşmiş Qüvvələr Qrupunun komandiri təyin edilməsi Rusiya ordusunun taktikasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski açıqlama verib.

O bidlrib ki, bu, özünü raket zərbələrinin və hücum dəstələrinin sayını artması ilə göstərir.

“Bu gün şərq cəbhəsində vəziyyət çox gərgindir, ruslar hər gün Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə hücum edir”, – deyə general əlavə edib.

Sırski həmçinin bildirib ki, hazırda Rusiya ordusunda yaxşı təlim keçmiş tankçılar, piyada bölmələri və aviasiya pilotları var.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*