Ukraynalı jurnalist: Kiyev Donbass müharibəsini uduzubbackend

Ukraynalı jurnalist: Kiyev Donbass müharibəsini uduzub

Donbassda casusluqda ittiham olunan ukraynalı jurnalist Stanislav Aseyev hesab edir ki, Kiyev Donbass müharibəsini uduzub.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Beşinci kanal”a verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, bu bölgədə başqa dəyərlərlə böyüdülən bir uşaq nəsli artıq yetişib. Onlar  DXR və LXR-nin məktəb və universitetlərində yaraqlıların igidliklərini öyrənirlər.

Aseyev tanınmamış respublikaların tərəfində döyüşən insanların Ukraynaya lazım olmadığını deyib.

Deyib ki, onlar Rusiyaya göndərilməlidir, bundan sonra Kiyev sərhədə nəzarəti ələ ala bilər:

“İnanıram ki, bu müharibəni uduzduq. Bu əraziləri itirdik, geri qaytara bilməyəcəyik”.

O, Kiyevin bu əraziləri öz nəzarətinə qaytara bilməyəcəyini etiraf edib.

Jurnalist qeyd edib ki, elə etmək lazımdır ki, daha digər ərazilər itirilməsin.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*