Ukraynalı müğənni Tailandda gizli evləndi və bu haqda klip çəkdirdi – VİDEObackend

Ukraynalı müğənni Tailandda gizli evləndi və bu haqda klip çəkdirdi - VİDEO

Ukraynalı müğənni MamaRika (əsl adı Anastasiya Koçetova) gizli şəkildə evlənib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, ulduz romantik mərasimini yeni klipində göstərib.

Müğənni sevgilisi – Odessa komediyaçısı Sergey Sereda ilə münasibətlərini qanuniləşdirib. Toy gizli olub və Tailanddakı Phangan adasının çimərliyində baş tutub.

Mərasimi bir yerli sakin aparıb. Gəlinin özü hər zaman ağladığını etiraf edib.

Tarixi gün üçün Koçetova italyan markası Tina Valerdi tərəfindən hazırlanan ağ krujevalı paltar seçib. Sereda yüngül kətan kostyum geyinib.

Cütlük ayaqyalın çimərlikdə əlvan canlı yarpaqlar və təzə çiçəklər altında evləniblər.

Müğənni təsadüfən dostlarını Tailandda gördüyünü deyib: “Elə məhz onlar da klipin rejissoru, operatoru və stilisti olublar”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*