Ukraynalı pilotlar F-16-nı idarə etmək üçün təlimlərə başlayıb – Pentaqonbackend

Ukraynalı pilotlar F-16-nı idarə etmək üçün təlimlərə başlayıb - Pentaqon

ABŞ Müdafiə Nazirliyi artıq ukraynalı pilotlara F-16 təyyarələrini idarə etməyi öyrətməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Müdafiə Nazirliyi artıq ukraynalı pilotlara F-16 təyyarələrini idarə etmək üçün təlimlərin keçirilməsi ilə məşğuldur”, – məlumatda bildirilir.

Pentaqon qeyd edib ki, ukraynalı pilotların F-16-nı uğurla idarə etmələrini təmin etmək üçün onlar ABŞ və Avropada həm uçuşun istismarı, həm də texniki xidmət üzrə təlim keçirlər.

ABŞ Müdafiə nazirinin satınalma və logistika üzrə müşaviri Bill LaPlante bildirib ki, ehtiyat hissələri olmasa, ukraynalıların uçacağı F-16 qırıcıları cəmi bir neçə ay ərzində xidmətdən çıxa bilər.

“Biz buna imkan verməyəcəyik. Əgər başqa ölkələr ehtiyat hissələri təmin etməsə, biz onları tapıb təmin edəcəyik”, – LaPlante əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*