Ukraynanın əks-hücum əməliyyatı necə gedir? – Qərb rəsmiləri danışırbackend

Ukraynanın əks-hücum əməliyyatı necə gedir? - Qərb rəsmiləri danışır

Ukrayna Silahlı Qüvvələrinin hücumu gözlənildiyindən daha az uğur əldə edib və Rusiya qoşunları daha bacarıqlı olub.

KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı iki Qərb rəsmisinə və yüksək rütbəli ABŞ hərbçisinə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətlərindən biri bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı heç bir cəbhədə ümidləri doğrultmur. Qərbin hesablamalarına görə, rus mövqeləri yaxşı möhkəmləndirilib. Rusiya qoşunları raket zərbələri və minalarla Ukrayna zirehli texnikasının hücumlarını uğurla dəf edir.

Rəsmilər əks-hücumun hələ ilkin mərhələdə olduğunu deyirlər. Onlar optimist olaraq qalırlar və Ukraynanın tədricən uğur qazanacağına inanırlar. Rəsmilər Ukrayna ordusunun Rusiya qüvvələrinin müdafiə taktikasına uyğunlaşdığını bildirirlər.

Mənbələrdən biri deyib ki, əks-hücum Ukrayna Silahlı Qüvvələri üçün çətin sınaq olub və hər iki tərəf böyük itki verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*