“Ukrayna bu yay əks-hücum əməliyyatına başlamağa hazırlaşır və tezliklə çatdırılacaq daha çox silaha arxalana bilər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ağ Evin sözçüsü Con Kirbi CNN-ə bildirib:
“Biz istəyirik ki, Ukrayna yayda hücuma hazırlaşarkən özünü müdafiə etmək üçün lazım olan hər şeyə sahib olsun. Biz yay aylarında Ukraynaya hərbi texnikanın ötürülməsini, müdafiə sistemlərinin tədarükünü davam etdirmək niyyətindəyik”.
Daha konkret tarixlərlə bağlı suala Con Kirbi rəsmi cavab verib ki, ABŞ və Ukrayna lap əvvəldən belə bir plan hazırlayıb.
Natiq Səlim,
KONKRET.az