“Yanvarın 1-də günortadan sonra bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib”.
KONKRET.az Strana.ua-ya istinadən xəbər verir ki, Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin hava hücumu xəritəsinə əsasən, bölgədən asılı olaraq sirenalar saat 12:19-dan 12:21-dək işə başlayıb.
Rusiya Müdafiə Nazirliyi Kiyevin nəzarətində olan ərazilərə endirilən zərbələri hələlik təsdiqləməyib.
Xatırladaq ki, 2023-cü il dekabrın 31-də Müstəqillik Meydanının bütün ərazisində üç dəfə hava hücumu xəbərdarlığı elan edilib. Həmçinin, xəbərdarlıq ayrı-ayrı rayonlarda növbə ilə tətbiq edilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Belqorodda törətdiyi terror aktına cavab olaraq cavab zərbələri endirdiyini elan edib.
Dekabrın 30-da Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzini atəşə tutması barədə məlumat verib. Şəhərdə raket sirenası səslənib. Həmin gün Vladimir Putinə Belqorodda baş vermiş faciə barədə məlumat verilib. Onun tapşırığı ilə Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin bir qrup mütəxəssisi şəhərə ezam olunub.
Rusiya Müdafiə Nazirliyi aydınlaşdırıb ki, Ukrayna Silahlı Qüvvələri Belqoroda “Vilxa” raketləri ilə hücum edib və onlar hava hücumundan müdafiə sistemi ilə vurulub. Həmçinin, Çexiya istehsalı olan “Vampire” reaktiv raket sistemindən daha bir neçə mərmi atılıb. Rusiya Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Belqoroddakı hücumunda ABŞ və Britaniyadan olan məsləhətçilərin birbaşa iştirak etdiyini vurğulayıb. Moskva bütün dövlətləri və beynəlxalq strukturları terror aktını pisləməyə çağırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az