“Ukrayna rəhbərliyinin gələn il hərbi əməliyyatlar keçirmək planı yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Ali Radadakı “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiya deyib.
Onun sözlərinə görə, ölkənin Baş Qərargahı plan tərtib etməlidir:
“Döyüşlərin gedişatı, nə qədər hərbçiyə ehtiyac var, neçə nəfəri ordudan təxris etmək lazımdır, hərbi büdcə və s. Onların isə, əslində heç bir planı yoxdur. Bu planı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və ya Baş Qərargah rəisi Sergey Şaptala şəxsən tərtib etməməlidir. Ölkə rəhbərliyinin göstərişi və mövqeyi vacibdir. Ordu rəhbərliyi çoxdandır belə bir plan gözləyirlər”, – deyə David Araxamiya əlavə edib.
Burhan,
KONKRET.az