Ukraynanın hücumu Putinin işinə yaradı: Ruslar “neft bayramı”nın sevincini yaşayırbackend

Ukraynanın hücumu Putinin işinə yaradı: Ruslar "neft bayramı"nın sevincini yaşayır

Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına (NEZ) endirdiyi zərbələrdən sonra Rusiya xam neftin ixracını əhəmiyyətli dərəcədə artırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, avqustun əvvəlindən etibarən Ukrayna Rusiyanın neft sənayesinə azı 28 zərbə endirib. Bu rəqəm ilin ilk yeddi ayında qeydə alınan 21 hücumdan artıqdır.

Nəticədə Rusiya daxilində yanacaq istehsalı azalıb, lakin xam neftin dəniz nəqliyyatı ilə ixracı təxminən eyni miqdarda artıb.

Bloomberg yazır ki, yönləndirilmiş neft partiyalarının əsasən Baltik dənizindəki Primorsk və Ust-Luqa, eləcə də Qara dənizdəki Novorossiysk limanları vasitəsilə daşınması gözlənilir. Həmin limanlar hazırda ya maksimal gücü ilə fəaliyyət göstərir, ya da il boyu Ukraynanın nasos stansiyalarına hücumları fonunda axınları artırmaq üçün çalışır.

Analitik şirkət OilX-in məlumatına əsasən bildirir ki, oktyabr ayında Rusiyanın NEZ-lərində gündəlik 4,86 milyon barel xam neft emalı planlaşdırılır. Bu göstərici iyul ayına nisbətən 484 min barel azdır.

Ekspertlər hesab edirlər ki, Ukraynanın davam edən hücumları Rusiyanın daxili yanacaq istehsalına təzyiq göstərir və ölkəni daha çox xam nefti emal etmədən ixraca məcbur qoyur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*